Bağışlayın, qeydiyyat bitdi.

24 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Su İdman Sarayında 2-ci Balıqçılar Qurultayı keçirilmişdir


  • Tarix:11/24/2023 23:45
  • Məkan Su İdman Sarayı (Xəritə)

Təsvir

Ənənəyə sadiq qalaraq Qurultayda "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyi və Qazaxstan Respublikası İdman Balıqçılıq Federasiyasının arasında əməkdaşlıq və dostluq memorandumu imzalanmışdır. Memoranduma əsasən iki ölkənin arasında su hövzələrində balıq artırma, akvakultura inkişafı, brakonyerliklə mübarizə, balıqçılıq sahəsi üzrə idmanın inkişafı və digər mühüm məsələlər müzakirə olunmuş və gələcəkdə bu istiqamət üzrə birgə əməkdaşlıq və təcrübə bölüşməsi razılaşdırılmışdır.