12 iyul 2025-ci il tarixində, Qızıl Qum sahilində (Zirə-Türkan) keçiriləcək Azərbaycan Surfkastinq Çempionatı keçiriləcək. Bu yarışmada yerli idmançılar yarışacaqlar. Yarış bazar gününə təsadüf edir və 09.00-da Start veriləcək, 18.00-da isə Stop. Yarış 1 gün keçiriləcək və komandada 1 içtirakçı olacaq, yəni individual yarışma olacaq. Azərbaycan Surfkastinq güclüləri öz məharətini göstərəcək və qalibləri qiymətli hədiyyələr gözləyir. Ən əsasıda, 1-ci Yer tutan qalib Türkiyədə keçirilən Beynəlxalq Surfkastinq Turnirinə vəsiqə və təyyarə bileti qazanmış olacaq. Çempionat sponsorlarımız Delfin Baliqci Levazimatlari , Kütüm Balıqçı Klubu, Alfamarine MMC, Mercury Azərbaycan şirkəti və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Kubok, medal və diplomlar İdman Nazirliyi tərəfindən təqdim olunacaq. Şansı qaçırmayın. Xal hesablanma qaydası yerli yarış qaydaları ilə keçiriləcəkdir, yəni ən çox xal toplayan qalib olacaq.
26-27 aprel 2025-ci il tarixində "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda III Odlar Yurdu Beynəlxalq Surfkastinq Turniri keçirilmişdir. Turnirdə yerli idmançılardan başqa Türkiyədən Kocaeli şəhərindən KSC Klubu olaraq 4 idmançı, Osmaniyə şəhərindən OSKOBDER Klubundan 10 idmançı, Mersin şəhərindən AKOBDER Klubundan 10 idmançı, İtaliyadan HİPPOCAMPUS Klubundan 2 idmançı, Polşadan WLADEK Klubundan 4 idmançı, Yunanıstandan AKADEMİA F.A. Klubundan 2 idmançı qatılmışdılar. Ümumilikdə Turnirdə 70 idmançı yarışmışdr. Nəticə olaraq Ümumi Turnir təsnifatında 1-ci yerə BBK Klubundan Nəcəf Qurbanov və Fərman Abdulov, 2-ci yerə sərbəst balıqçılar Ceyhun İdrisov və Emin Bağırov, 3-cü yerə isə Türkiyənin KSC Klubundan Kürşad Yılmaz və Umut Süzen layiq görülmüşlər. Xarici ölkələr arasında 1-ci yeri Türkiyə, 2-ci yeri Yunanıstan, 3-cü yeri isə Polşa qazanmışdır. Qadınlar arasında 1-ci yerin qalibi Yunanıstan təmsilçisi Eirini Vgenopoulou, 2-ci yerin qalibi Türkiyə təmsilçisi Berrin Bali, 3-cü yer qalibi isə Polşa təmsilçisi Joanna Komkowski olmuşdular.
Yunanıstana 13-16 mart 2025-ci il tarixində keçiriləcək "6th İnternational Surfcasting Trophy "Respect the sea" Greece 2025" Turnirində iştirak edən BBK balıqçıları: - Qəniyev Çingiz Məhəmməd oğlu - Mehdiyev Mehdi Rafiq oğlu - Əsədullayev Elbrus Məmməd oğlu - Bayramov Aydın Ramil oğlu
01-02 fevral 2025-ci il tarixində OSCOBDER Klubunun təşkilatçılığı ilə Hatay, Burnaz çimərliyinin sahilində təşkil olunan Osmaniyə Beynəlxalq Surfkastinq Turniri baş tutmuşdur. Turnirdə ümumilikdə 6 ölkədən (Türkiyə, Azərbaycan, Yunanıstan, Polşa, Kuzey Kıprıs Cumhituyyəti, Kipr) 140 idmançı yarışmış və həmin Turnirə Azərbaycan 10 idmançl ilə qatılmışdır (Azər Əliyev, Çingiz Qəniyev, Mehdi Mehdiyev, Aydın Bayramov, Fuad Nuruzadə, Elbrus Əsədullayev, Həbib Naibov, Nəcəf Qurbavon, İlqar Əliyev). 13 saatlıq yarışmadan sonra Azərbaycan həmin turnirdə xarici ölkələr arasında Birincilik qazanmışdır. Çinqiz Qəniyev və Mehdi Mehdiyevdən ibarət olan komanda isə əlavə olaraq Sektor Birincisi olmuşdular.
06 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Su İdman Sarayında 3-cü Balıqçılar Qurultayı keçirilmişdir
Türkiyənin Mersin şəhərində, Aralıq dənizi sahilində AKOBDER Klubu tərəfindən 7-ci Beynəlxalq Surfkastinq Turniri təşkil olunmuşdur və həmin Turnirdə iştirak edən BBK Klubu 12 idmançı ilə Azərbaycanı təmsil eləmişdilər. Bu Turnir Türkiyədə keçirilən ən böyük yarışmalarından biri olub, çünki yarışmaya müxtəlif ölkələrdən 240 balıqçı qatılmışdır. Turnir 2 etapda, ümumilikdə 13 saat keçirilmişdir. Yarışma çox yüksək şəkildə təşkil olunmuş və öz Klubumuz adından bütün təşkilatçılara öz təşəkkürümüzü bildiririk. Bu Turnirdə yeni dostlar qazandıq, bir daha qardaşlarımızla görüşdük və çox böyük təcrübə əldə etdik.
3 avqust 2024-cü il tarixində, Bakı Bulvar ərazisində, İdman və Gənclər Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş, Bakı şəhər İdman və Gənclər İdarəsinin, BAKI Balıqçılar Klubunun, Delfin Balıqçı Ləvazimatları Maqazinin, "AlfaMarine" MMC-nın, Bakı Bulvar İdarəsinin və dostların dəstəyi ilə Uşaq, yeniyetmə və gənclər arasında Sərbəst Balıqçılıq Festivalı keçirilmişdir. 1-ci Yer - Hüseynov Nail 2-ci Yer - Əhmədov Ayxan 3-cü Yer - Məmmədov Məmmədhəsən Ən Böyük Balıq - Camalov Kənan Ən Gənc Balıqçı - Əhmədov Ayxan Bütün qalibləri və iştirakçıları təbrik edirik!
II Odlar Yurdu Beynəlxalq Surfkastinq Turniri artıq başa çatdı. Bu Turnirin ərsəyə gəlməsində hər bir şəxsə öz təşəkkürümüzü bildiririk və xüsusi olaraq öz təşəkkürümüzü başda Rafiq müəllim olmaqla Delfin Baliqci Levazimatlari maqazininə, başda Nurlan Hüseynov olmaqla Kutum Klubuna, başda Eldar Hacıbəyli olmaqla Alfamarin və Mercury Azərbaycan şirkətlərinə, başda Eldar bəy olmaqla AlfaProduction şirkətinə, başda Ceyhun İdrisov olmaqla DAMLA şirkətinə, başda Kamal Dəniz olmaqla Çöl Adamı kollektivinə, başda Ramiq qardaşımız olmaqla TAXTA QUTU şirkətinə, İTV və CBC televiziya şirkətlərinə, Bakuextreme klubuna, ayrı-ayrılıqda hər bir şəxsə, xüsusəndə Turnirə xaricdən qatılan Türkiyə, Yunanıstan və Polşa komandalarına və özəl olaraq "BAKI" Balıqçılar Klubunun hər bir üzvünə öz dərin təşəkkürümüzü bildiririk. Turnirdə nəticə olaraq birinci yeri Polşadan Rafał Wawrzyniak və Ewa Wawrzyniak , ikinci yeri Türkiyədən OSKABDER klubundan İlyas Yıldır, üçüncü yeri isə Azərbaycandan Delfin komandası iştirakçıları Taleh Baxşəliyev və Hüseynov Sevindik qazanmışlar. Bütün qalibləri təbrik edirik və sonda onuda nəzərinizə çatdırmaq istəyirəm ki, bu Turnir Avropa ölkələrinin təmsil edən İnternational Surfcasting Friendship Cup təşkilatının çərçivəsində keçirilmiş və qaliblər Avropa çempionları sayılır.
6-7 iyul 2024-cü il tarixində keçirilən II Odlar Yurdu Beynəlxalq Surfkastinq Turnirində tətbiq olunan qaydalar barədə geniş açıqlama
6-7 iyul 2024-cü il tarixində keçirilən II Odlar Yurdu Beynəlxalq Surfkastinq Turnirində tətbiq olunan qaydalar barədə geniş açıqlama
Seminarda surfkastinq balıqçılığında istifadə olunan ləvazimatların tələb olunan standartlara uyğunluğu barədə geniş məlumat veriləcək. Seminarın təlimçisi Taleh Baxşəliyev.
Seminarda surfkastinq balıqçılığında Bədən Antropometriyasına uyğun atış seçiminin vacibliyi barədə geniş məlumat veriləcək. Seminarın təlimçiləri Taleh Baxşəliyev və Sahil Ağamalıyev.
Seminarda surfkastinq makinaları barədə ətraflı məlumat veriləcək. Seminarın təlimçisi Sahil Ağamalıyev.
Seminarda Surfkastinq (sahildən balıq ovlama) üsulunda istifadə olunan çubuqlardan (spininq) ətraflı məlumat veriləcək. Seminarın təlimçisi Taleh Baxşəliyev.
17 mart 2024-cü il tarixdə "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyinin təşəbbüsü ilə DELFİN Balıqçı Ləvazimatları mağazasının dəstəyi ilə ictimaiyyətə Azərbaycan Balıqçılar Akademiyası (ABA) təqdim olunmuşdur. Akademiyanın əsas məqsədi balıqçılıq sahəsi üzrə maarifləndirici seminarlar təşkil eləmək və Azərbaycanda mədəni və idman balıqçılığının inkişafına dəstək olmaqdır.
05 mart İdman və Bədən Tərbiyəsi gününə həsr olunmuş Sərbəst üsul ilə Balıq ovlama Turniri
01-02 mart 2024-cü il tarixində "BAKI Balıqçılar və Sualtı Ovçuıar Klubu" İctimai Birliyi Mərakeşdə, Kenitra şəhərində keçirilən Beynəlxalq Surfcastinq Turnirində iştirak etmişdir. Klubu idmançılar Azər Əliyev və Çingiz Qəniyev təmsil etmişdilər.
24 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Su İdman Sarayında 2-ci Balıqçılar Qurultayı keçirilmişdir
10-11 noyabr 2023-cü il tarixdə, Tunisdə, Korba şəhərində X-cu Beynəlxalq Sufcasting Turniri keçirilmişdir. Yarışda Azərbaycanı BBK idmançıları Əliyev Azər, ƏIliyev Alim, Qəniyev Çingiz və Mehdiyev Mehdi təmsil etmişdilər
21-22 oktyabr 2023-cü il tarixdə Mingəçevir şəhərində, Mingəçevir Su Anbarında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Karpfişinq Kuboku keçirilmişdir. Turnirdə BBK, "Ağdaş Balıqçılar Klubu", "Göyçay Balıqçılar Klubu", "Kütüm Klubu" idmançıları və digər balıqçılar yarışmışlar. 1-ci yerə BBK idmançıları Şahmurov Atif və Əhmədov Elçin, 2-ci yerə "Kütüm Klubu" idmançıları Məmmədov Rəşad və Manafov Vidadi, 3-cü yerə isə yenədə BBK idmançıları Əsədullayev Elbrus və Qurbanov Nəcəf layiq görülmüşlər.
13-15 oktyabr 2023-cü il tarixində Türkiyə, İzmit, Kocaeli şəhərində, Qara dəniz sahilində partnyor klubumuz KSC tərəfindən VI Beynəlxalq Surfcastinq Turniri keçirilmişdir. Həmin Turnirə Yunanıstan, İtaliya, Tunis, Mərakeş, Hollandiya və Azərbaycan qatılmışdır. Klubumuz 10 idmançı ilə təmsil olunurdu. Turnir nəticəsi olaraq idmançılarımız Azər Əliyev və Alim Əliyev sektor Birincisi, Elbrus Əsədullayev və Aydın Bayramov isə ölkələr üzrə Azərbaycanı İkinci yerə ucaltmışlar.
15-17 sentyabr 2023-cü il tarixində Polşada, Vladislavova şəhərində, Baltik dənizin sahilində İSFC çərçivəsində İnternational Surfcasting Maver Cup Poland turniri keçirilmişdir. Həmin Turnirdə ölkəmizi idmançılarımız Mehdi Mehdiyev, Çingiz Qəniyev, Vüqar Mirzəyev və Elbrus Əsədullayev təmsil etmişdir. Mehdi Mehdiyev 72 idmançı arasında 164 xal toplayaraq 3-cü yeri qazanmışdır.
12 avqust 2023-cü il tarixdə Ağdaş Balıqçılar Klubunun təşkilatıçılığı ilə keçirilən Balıq ovlama yarışında "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyinin idmançıları Vüqar Vəliyev və İlkin Umudov 2-ci və 3-cü yerləri qazanmışdılar. 1-ci yerə Ağdaş Balıqçılar Klubunun idmançısı Elnur Mustafayev layiq görülmüşdür.
İnternational Surfcasting Friendship Cup Beynəlxalq Təşkilatı dünyada surfcasting balıqçılıq növü üzrə beynəlxalq yarışlar təşkil edən ölkələrin birliyidir. Həmin beynəlxalq təşkilata Türkiyə, İtaliya, Tunis, Yunanıstan, Kipr, Mərakeş, Polşa və Azərbaycan həqiqi üzvlər.
01-02 İyul 2023-cü il tarixində Abşeron, Zirə, Qızıl Qum çimərliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olinmuş "Odlar Yurdu" 1-ci Surfkastinq balıq tutma növü üzrə Beynəlxalq Turnir keçiriləcək.
Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində həvəskar və idman balıq ovuna moratorium qüvvəyə minir və iyulun 1-dək davam edəcək. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür. Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin bu açıqlaması həvəskar balıq ovçuları arasında xeyli suallar doğurub. "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanununda məqsədinə görə balıq ovunun bir neçə forması müəyyən olunur. Bunlardan biri də qanunun 9-cu maddəsində nəzərdə tutulan balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovudur. İdman və həvəskar balıq ovu üçün balıqovlama bileti tələb olunmur. Qanunun 11-ci maddəsində deyilir: "Balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur". Həmin maddədə o da qeyd olunur ki, idman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər. Ölkəmizdə həvəskar balıq ovu “Balıq və digər su bioresursları ovunun Qaydaları” Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2022-ci il tarixli 283 saylı qərarı ilə “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 5-ci maddəsi yeni redaksiyada verilib. Yeni varianta əsasən, Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır: Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda 1 may - 30 iyun, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə 1 yanvar -15 avqust, Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində 1 may - 30 iyun, Kür çayında Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə qədər 10 km-lik ərazidə 1 - 30 aprel. Beləliklə, Xəzər dənizində, dənizə axan bütün çaylarda, Kür və Araz çayları ilə əlaqəsi olan su hövzələrində (çay qollarında, kanallarda və s.) 1 may- 30 iyun tarixlərində həvəskar balıq ovu qadağandır. Kür çayının Mingəçevir körpüsündən Varvara su anbarının sahillərinə qədər olan 10 kilometrlik hissəsində isə bu qadağa 1 apreldən qüvvəyə minib, 1 maydan isə bütün Kür çayını əhatə edib. Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə isə yanvarın 1-dən avqustun 15-dək həvəskar balıq ovu qadağandır. Bəs, bu qadağanı pozan həvəskar balıq ovçularını hansı cəza gözləyir? Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1 maddəsində göstərilir ki, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə fiziki şəxslər inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məcəllənin 272.3 maddəsində isə bildirilir: Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Ancaq təbiətə vurulan ziyan XEYLİ MİQDARDA olduqda, məsələ İXM ilə yox, Cinayət Məcəlləsi ilə tənzimlənir. AR Cinayət Məcəlləsinin 256-cı maddəsində göstərilir: 256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 256.2. Eyni əməllər: 256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə; 256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə; 256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə- üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə- altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. İdman və həvəskar balığçılığına tətbiq olunmuş qadağa qərarı ilə əlaqədar olaraq "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyi və digər balıqçı klubları qərarda əks edilən tarix əhatəsini qeyri dəqiq olmasını nəzərə alaraq, tətbiq olunan qadağanın daha erkən, yəni balıqların fevral-may aylarında kürü tökməsini nəzərə alaraq, Petisiya hazırlamışdır.
"BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyi "AlfaMarine" MMC və "Mercury Azərbaycan" Şirkəti ilə əməkdaşlıq Sazişi imzaladılar. Sazişə əsasən hər üç təşkilat birgə sosial, ekoloji və idman tədbirlərində qarşılıqlı olaraq maddi və texniki dəstək göstərirlər, ondan başqa "AlfaMarine" MMC "BAKI" Balıqçılar və Sualtı Ovçular Klubu" İB-nin üzvlərinə endirimli qiymətlərlə, qayıq, mühərrik və ehtiyyat hissləri satışı həyata keçirəcək, "Mercury Azərbaycan" Şirkəti isə endirimli qiymətlərlə qayıq və su mühərriklərinin texniki təmirini həyata keçirəcək.
Artıq 20 gündür ki, Azərbaycanın QHT-ləri Qarabağ İqtisadi Zonasında faydalı qazıntıların qanunsuz talanmasına qarşı Xankəndi-Laçın yolunda öz dinc etiraz aksiyasını davam edirlər. Biz, "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctima Birliyi olaraq bir QHT kimi bu aksiyada iştirak etmişik və bununlada öz mövqeyimizi bildirmişik. Nə qədər ki, bizim tələblər yerinə yetirilməyəcək, biz aksiyanı biritən deyilik
"BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyi Türkiyənin "Kocaeli Sportif Olta Balıqçılığı Doğa ve Su Sporları Kulübü" ilə birlikdə "Dostluq və Əməkdaşlıq" Sazişinin imzalanma tədbiri