II Odlar Yurdu Beynəlxalq Surfkastinq Turniri artıq başa çatdı. Bu Turnirin ərsəyə gəlməsində hər bir şəxsə öz təşəkkürümüzü bildiririk və xüsusi olaraq öz təşəkkürümüzü başda Rafiq müəllim olmaqla Delfin Baliqci Levazimatlari maqazininə, başda Nurlan Hüseynov olmaqla Kutum Klubuna, başda Eldar Hacıbəyli olmaqla Alfamarin və Mercury Azərbaycan şirkətlərinə, başda Eldar bəy olmaqla AlfaProduction şirkətinə, başda Ceyhun İdrisov olmaqla DAMLA şirkətinə, başda Kamal Dəniz olmaqla Çöl Adamı kollektivinə, başda Ramiq qardaşımız olmaqla TAXTA QUTU şirkətinə, İTV və CBC televiziya şirkətlərinə, Bakuextreme klubuna, ayrı-ayrılıqda hər bir şəxsə, xüsusəndə Turnirə xaricdən qatılan Türkiyə, Yunanıstan və Polşa komandalarına və özəl olaraq "BAKI" Balıqçılar Klubunun hər bir üzvünə öz dərin təşəkkürümüzü bildiririk. Turnirdə nəticə olaraq birinci yeri Polşadan Rafał Wawrzyniak və Ewa Wawrzyniak , ikinci yeri Türkiyədən OSKABDER klubundan İlyas Yıldır, üçüncü yeri isə Azərbaycandan Delfin komandası iştirakçıları Taleh Baxşəliyev və Hüseynov Sevindik qazanmışlar. Bütün qalibləri təbrik edirik və sonda onuda nəzərinizə çatdırmaq istəyirəm ki, bu Turnir Avropa ölkələrinin təmsil edən İnternational Surfcasting Friendship Cup təşkilatının çərçivəsində keçirilmiş və qaliblər Avropa çempionları sayılır.