06 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Su İdman Sarayında 3-cü Balıqçılar Qurultayı keçirilmişdir
Ənənəyə sadiq qalaraq Qurultayda "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyi və Türkityənin Osmaniyə şəhərindən gəlmiş OSKOBDER Balıqçı Klubu arasında əməkdaşlıq və dostluq memorandumu imzalanmışdır. Memoranduma əsasən iki klubun arasında su hövzələrində balıq artırma, akvakultura inkişafı, brakonyerliklə mübarizə, balıqçılıq sahəsi üzrə idmanın inkişafı və digər mühüm məsələlər müzakirə olunmuş və gələcəkdə bu istiqamət üzrə birgə əməkdaşlıq və təcrübə bölüşməsi razılaşdırılmışdır. Əlavə olaraq Azərbaycanda turizm balıqçılığının inkişafında məruzələr edilmiş və gələcəkdə Azərbaycanda bu sahənin inkişafına dair mövzulardan danışılmışdır.