"BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyi Türkiyənin "Kocaeli Sportif Olta Balıqçılığı Doğa ve Su Sporları Kulübü" ilə birlikdə "Dostluq və Əməkdaşlıq" Sazişinin imzalanma tədbiri
Bu qurultayda iki qardaş ölkənin balıqçı Klubları öz araların dostluq və əməkdaşlıq sazişi imzaladılar.
Sazişin maddələrinə əsasən gələcəkdə bu Klublar idman balıqçılığı üzrə bilik və təcrübə mübadiləsi aparacaq, birgə təşkil olunan sosial tədbirlərdə köməklik göstərəcəklər, turnir təşkilatçılığında qarşılıqlı yardımlar edəcəklər, üçüncü ölkələrdə keçirilən turnirlərdə bir birilərini təmsil edəcəklər, xarici turnirlər üçün birgə komanda quracaqlar.