12 iyul 2025-ci il tarixində Zirə, Qızıl Qum çimərliyində, "Bakı" Balıqçılar Klubu, Bakı şəhər Gənclər və İdman İdarəsi və Xəzər rayonu gənclər və idman sektoru tərəflərindən birgə təşkil olunmuş Azərbaycan Surfkastinq Çempionatı keçirilmişdir. Çempionat ümumilikdə 9 saat keçirilmiş və nəticə olaraq Birinci yerin qalibi Kutum Klubunun üzvü Rüfət Quliyev, İkinci yerin qalibi BBK klubun üzvü Rəşad Əsədullayev (16 yaş), Üçüncü yerin qalibi isə BBK Klubunun digər üzvü Elgün Əhmədov qazanmışlar. Ən böyük balığı (trofey) sərbəst balıqçı Səməd Əliyev 43 sm kütüm balığı tutmuşdur. Çempionatda ümumilikdə 27 idmançı iştirak eləmişdir. Qaliblərə "Bakı" Balıqçılar Klubu və Gənclər və İdman Nazirliyi tərəfindən kubok, medal, diplomlar və dəyərli hədiyyələr təqdim olunmuşdur. Bütün qalibləri təbrik edirik! Əlavə olaraq, bütün iştirakçılara, hakim heyətinə, təşkilatçılara, sponsorlara (Delfin Balıqçı Mağazası, AlfaMarine, Mercury Azərbaycan), Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəhbəri Dənyar Teymurlu və Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun müdürü Gündüz Vəliyevə öz dərin təşəkkürümüzü bildiririk.