26-27 aprel 2025-ci il tarixində "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda III Odlar Yurdu Beynəlxalq Surfkastinq Turniri keçirilmişdir. Turnirdə yerli idmançılardan başqa Türkiyədən Kocaeli şəhərindən KSC Klubu olaraq 4 idmançı, Osmaniyə şəhərindən OSKOBDER Klubundan 10 idmançı, Mersin şəhərindən AKOBDER Klubundan 10 idmançı, İtaliyadan HİPPOCAMPUS Klubundan 2 idmançı, Polşadan WLADEK Klubundan 4 idmançı, Yunanıstandan AKADEMİA F.A. Klubundan 2 idmançı qatılmışdılar. Ümumilikdə Turnirdə 70 idmançı yarışmışdr. Nəticə olaraq Ümumi Turnir təsnifatında 1-ci yerə BBK Klubundan Nəcəf Qurbanov və Fərman Abdulov, 2-ci yerə sərbəst balıqçılar Ceyhun İdrisov və Emin Bağırov, 3-cü yerə isə Türkiyənin KSC Klubundan Kürşad Yılmaz və Umut Süzen layiq görülmüşlər. Xarici ölkələr arasında 1-ci yeri Türkiyə, 2-ci yeri Yunanıstan, 3-cü yeri isə Polşa qazanmışdır. Qadınlar arasında 1-ci yerin qalibi Yunanıstan təmsilçisi Eirini Vgenopoulou, 2-ci yerin qalibi Türkiyə təmsilçisi Berrin Bali, 3-cü yer qalibi isə Polşa təmsilçisi Joanna Komkowski olmuşdular.