“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyinin idmançıları fəaliyyət dövrü ərzində bir çox xarici ölkələrdə keçirilən balıqçılıq yarışlarında iştirak edərək yüksək nailiyyətlər əldə etmişdilər. Ümumilikdə klubun 23 idmançısı 7 ölkədə keçirilən 14 turnirdə Azərbaycanı layiqincə təmsil etmişdir.
Mehdi Mehdiyev Rafiq oğlu – 15-17 sentyabr 2023-cü il, Polşa (Vladislavovo), "International Surfcasting Maver Cup Poland" turniri: Ölkələr üzrə 3-cü yer;
Azər Əliyev Ramil oğlu – 13-15 oktyabr 2023-cü il, Türkiyə (İzmit, Kocaeli), VI Beynəlxalq Surfkastinq Turniri: Sektor birincisi;
Alim Əliyev Vaqif oğlu – 13-15 oktyabr 2023-cü il, Türkiyə (İzmit, Kocaeli), VI Beynəlxalq Surfkastinq Turniri: Sektor birincisi;
Elbrus Əsədullayev Məmməd oğlu – 13-15 oktyabr 2023-cü il, Türkiyə (İzmit, Kocaeli), VI Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 2-ci yer;
Aydın Bayramov Ramil oğlu – 13-15 oktyabr 2023-cü il, Türkiyə (İzmit, Kocaeli), VI Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 2-ci yer;
Çingiz Qəniyev Məhəmməd oğlu – 01-02 fevral 2025-ci il, Türkiyə (Osmaniyə, Burnaz), Osmaniyə Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 1-ci yer və Sektor birincisi;
Mehdi Mehdiyev Rafiq oğlu – 01-02 fevral 2025-ci il, Türkiyə (Osmaniyə, Burnaz), Osmaniyə Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 1-ci yer və Sektor birincisi;
Elbrus Əsədullayev Məmməd oğlu – 01-02 fevral 2025-ci il, Türkiyə (Osmaniyə, Burnaz), Osmaniyə Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 3-cü yer;
Alim Əliyev Vaqif oğlu – 01-02 fevral 2025-ci il, Türkiyə (Osmaniyə, Burnaz), Osmaniyə Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 3-cü yer;
Çingiz Qəniyev Məhəmməd oğlu – 04-07 sentyabr 2025-ci il, Polşa, III Beynəlxalq Surfkastinq Çempionatı: "Big Fish" (Böyük Balıq) nominasiyası üzrə qalib;
Azər Əliyev Ramil oğlu – 04-05 oktyabr 2026-cı il, Türkiyə (Mersin), 8-ci "Altın Kanca" Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 2-ci yer;
Çingiz Qəniyev Məhəmməd oğlu – 04-05 oktyabr 2026-cı il, Türkiyə (Mersin), 8-ci "Altın Kanca" Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 2-ci yer;
Rüfət Quliyev Mirzə oğlu – 04-05 oktyabr 2026-cı il, Türkiyə (Mersin), 8-ci "Altın Kanca" Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 3-cü yer və Sektor birincisi;
Nəcəf Qurbanov Behişt oğlu – 04-05 oktyabr 2026-cı il, Türkiyə (Mersin), 8-ci "Altın Kanca" Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 3-cü yer və Sektor birincisi;
Azər Əliyev Ramil oğlu – 01-02 fevral 2026-cı il, Türkiyə (Osmaniyə), OSKOBDER 2-ci Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 2-ci yer;
Çingiz Qəniyev Məhəmməd oğlu – 01-02 fevral 2026-cı il, Türkiyə (Osmaniyə), OSKOBDER 2-ci Beynəlxalq Surfkastinq Turniri: Ölkələr üzrə 2-ci yer.
Bu illər ərzində klubumuzun idmançıları beynəlxalq turnirlərdə böyük təcrübə toplayaraq Qara, Baltik, Aralıq, Mərmərə, Egey dənizləri və Atlantik okeanına xas balıq növlərinin peşəkar avadanlıqlarla ovlanma üsullarına dərindən yiyələnmişdilər. “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi olaraq, dünya balıqçıları arasında Azərbaycanda peşəkar idman balıqçılığının mövcudluğunu sübut etdik. Gələcəkdə də ölkəmizi beynəlxalq arenada tanıtmaq istiqamətində fəaliyyətimizi əzmlə davam etdirəcəyik.