25-26 aprel 2026-cı il tarixində "BAKI Balıqçılar və Sualtı Ovçular Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda IV Odlar Yurdu Beynəlxalq Surfkastinq Turniri keçirilmişdir. Turnirdə yerli idmançılardan bərabər Türkiyədən Kocaeli şəhərindən KSC Klubu olaraq 4 idmançı, Osmaniyə şəhərindən OSKOBDER Klubundan 8 idmançı, Mersin şəhərindən AKOBDER Klubundan 14 idmançı, Adana şəhərindən "01 Makara Ustaları Surfkastinq" Klubundan 2 idmançı, Şimali Kipr Türkiyə Respublikasından "Kıbrıs Surfkastinq" Klubundan 2 idmançı qatılmışdılar. Ümumilikdə Turnirdə 44 komanda, 88 idmançı, onlardan 9 qadın iştirakçı olmaqla yarışmışdır. Nəticə olaraq Ümumi Turnir təsnifatında 1-ci yerə BBK Klubundan Mehdi Mehdiyev və Raul Mehdiyev, 2-ci yerə Türkiyənin KSC Klubundan Küdşad Yılmaz və Salih Acar, 3-cü yerə isə Azərbaycandan balıqçı Vasif Məlikov layiq görülmüşlər. Xarici ölkələr arasında 1-ci yeri Türkiyənin KSC Klubu, 2-ci yeri Şimali Kipr Türk Respublikasının "Kıbrıs Surfkastinq" Klubu, 3-cü yeri isə yenədə Türkiyənin AKOBDER Klubu qazanmışdılar. Qadınlar arasında 1-ci yerin qalibi Azərbaycandan BBK təmsilçisi Jalə Umudova və 2-ci yerin qalibi Türkiyədən AKOBDER təmsilçisi Ebru Koç olmuşdular. Ən Böyük Balıq mükafatına isə BBK təmsilçisi Raul Mehdiyev 47 sm ölçüsündə kefal balığını ovladığı üçün layiq görülmüşdür. Turnirin qaliblərinə pul mükafatı və dəyərli hədiyyələr təqdim olunmuşdur. Turnirin rəsmi açılışını Gənclər və İdman naziri Fərid Qayıbovun etməsi yarışın nüfuzunu bir daha təsdiqlədi. Tədbirdə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Akvakultura və Bioamüxtəliflik Mərkəzinin rəsmiləri, tanınmış sima "Çöl Adamı" Kamal Dəniz və media qurumları yaxından iştirak etdilər. Bu böyük işin ərsəyə gəlməsində əməyi keçən hər bir klub üzvünə, eləcə də bizə hər zaman dəstək olan "Delfin" Balıqçılıq Mağazasına, "KÜTÜM" Balıqçı Klubuna, "VİTA1000", "AlfaMarine" və "Mercury Azərbaycan" şirkətlərinə dərindən təşəkkür edirik.